335
Ölkə 18 yanvar — 19:11

Külli miqdarda dərmanların ölkəyə gətirilməsi cəhdinin qarşısı alındı

Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Virtualaz.org bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərrikinin arxa hissəsindəki və ön sağ, sol oturacaqlarının arxasındakı örtüyün arasındakı boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 680 ampula, 7840 ədəd həb və kapsuldan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər