242
Ölkə 17 yanvar — 23:21

Qonşunun maşının qaçırdı, qəza törətdi

Gəncədə yeniyetmə qəza törədib.

Hadisə şəhərin Tağı Arani küçəsində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü şəhər sakini Aqil Əsgərov qonşusunun "VAZ-21099" markalı avtomobilini icazəsiz götürüb və daha sonra qəza törədib. İdarəetməni itirən sürücü maşını yol kənarındakı səkiyə çırpıb.

Qəza zamanı yeniyetmə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

Xəbərlər