333
Ölkə 15 yanvar — 01:32

Bakıda yaşayış binasında yanğın

Paytaxtda yaşayış binasında yanğın olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil qalan hissəsi yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Xəbərlər