435
Ölkə 16 dekabr — 10:19

Salyanda qəza

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan şəhər sakini, 48 yaşlı İsmayıl Ələsgər oğlu Cəbrayılovun idarə etdiyi “NİVA” markalı minik maşını hərəkətdə olarkən TIR maşını arxadan ona çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və həyat yoldaşı Cəmilə Cəbrayılova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin yük maşını sürcüsünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı aradşrma aparılır.

Virtualaz.org

Xəbərlər