992
Ölkə 14 dekabr — 11:53

Bakıda ana ilə qızını kim və niyə öldürüb?

Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanında yerləşən "Uğur-2" yaşayış kompleksindəki mənzildə törədilib.

Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb.

İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.

Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Qətl törədilən mənzil məmura - Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur.

*   *   *10:33

Dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Virtualaz.org bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün Facebook profilində məlumat yayıb.

Qeyd olunub ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlər