260
Ölkə 11 dekabr — 12:00

Fərdi evdə yanğın

Estoniyanın Tartu şəhərində ikimərtəbəli fərdi evdə baş verən yanğın ailə faciəsinə sabəb olub.

"Sputnik-Estoniya" xəbər verir ki, yanğın nəticəsində 5 nəfər - ər-arvad və 3 uşaq ölüb.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə altı dəqiqə sonra gəlsələr də, yanan evə dərhal girə bilməyiblər. Evə girmək mümkün olduqda isə 5 nəfərin meyiti tapılıb.

Polis və prokurorluq yanğının dəqiq səbəblərini müəyyənləşdirir.

Xəbərlər