229
Ölkə 10 dekabr — 09:58

Bakıda icarəyə götürülən maşınla qəza törədildi

Paytaxtda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" bildirir ki, hadisə Nizami rayonu, Babək prospektində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Babazadə Pərviz icarəyə götürərək idarə etdiyi 90-OX-999 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobillə sürət həddini aşaraq onu işıqforun qırmızı işığında dayanan, 1999-cu il təvəllüdlü Əlizadə Elcanın idarə etdiyi 67-BD-387 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə vurub.

Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib. Qəzada "VAZ 2107" markalı avtomobilin sürücüsü Əlizadə Elcan xəsarət alıb.

Hadisə yerinə PPX əməkdaşları və evakuator xidməti gəlib.

Qeyd edək ki, hadisəni törədən maşın paytaxtda yerləşən "Rent car" şirkətlərindən birinə məxsusdur.

Xəbərlər