480
Ölkə 9 dekabr — 20:52

Salyanda 8 gün əvvəl huşsuz vəziyyətdə tapılan kişi dünyasını dəyişdi

8 gün əvvəl Salyan-Şirvan avtomobil yolunun kənarından huşsuz vəziyyətdə tapılan kişi komadan ayılmayaraq xəstəxanada dünyasını dəyişib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, dekabrın 2-də ağır qapalı kəllə-beyin travması ilə Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 59 yaşlı Salyan şəhər sakini Malik Adil oğlu Əsədov ertəsi gün axşam koma vəziyyətində Bakı şəhərində yerləşən xəstəxanalardan birinə gətirilərək əməliyyat olunmuşdu.

İlkin məlumata görə, Malik Əsədovun ağır kəllə-beyin travması almasına səbəb yıxılaraq başının yerdəki daşa dəyməsi olub.

Faktla bağlı araşdırma davam edir.

Virtualaz.org

Xəbərlər