665
Ölkə 9 dekabr — 01:54

Abşeronda toyda qan töküldü

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

“Report” bildirir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədəki şadlıq saraylarından birində əslən iranlı olan Şamaxı sakini Məmmədşuri Hüseyn Sübhektar oğlu ilə naməlum şəxs arasında mübahisə olub. Mübahisə dava ilə nəticələnib. Dava zamanı həmin şəxs H.Məmmədşuriyə bıçaq zərbəsi endirib.

Yaralı həyat yoldaşının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər