256
Ölkə 8 dekabr — 21:44

Bakının əsas prospektində yük maşını aşdı

Paytaxtın Heydər Əliyev prospektində, aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

İlkin məlumata görə, "Baku Expo Center"in qarşısında yük maşını aşıb. Qəza səbəbindən hazırda avtomagistralda sıxlıq müşahidə edilir.

Xatırladaq ki, yolun bu hissəsində zolaqlar üzrə sürət həddi endirilib.

BNA bir daha sürücüləri bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyir.

Xəbərlər