216
Ölkə 8 dekabr — 21:10

Bakıda sürət həddi yenə endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir".

Xəbərlər