227
Ölkə 8 dekabr — 11:55

Bakıda köməksiz qalan 4 azyaşlı xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Virtualaz.org FHN-ə istinadən bildirir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 azyaşlının liftdən çıxarılması təmin edilib.

Xəbərlər