534
Ölkə 8 dekabr — 10:14

Bakıda minik maşınının banında qız meyiti aşkarlandı

Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər