271
Ölkə 3 dekabr — 13:05

Vergilər Nazirliyi pos-terminalların olmamasına görə obyektləri cərimələyəcək

Vergilər Nazirliyi ticarət obyektlərində və xidmətlərində pos-terminal quraşdırmaqdan imtina edən və müştərilərə təqdim edilməməsinə görə cərimələnəcəkdir.

Virtualaz.org xəbər verir ki, bunu Vergilər Nazirliyinin vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir təqvim ili üçün cərimə 1000 (min) manat təşkil edəcək. Eyni il ərzində ikinci qayda pozuntusuna görə cərimə 3000 (üç min) manat, üçüncü və sonrakı pozuntulara görə 6000 (altı min) manat təşkil edəcək.

Xəbərlər