3475
Ölkə 28 noyabr — 12:05

Yeni Azərbaycan Partiyasının qərarı: Milli Məclisi buraxmaq lazımdır

YAP-ın Siyasi Şurasının iclasında Milli Məclisin ləğvi barədə qərar qəbul edilib.

İclasda parlamentdəki çoxluq Milli Məclisi ləğv etmək qərarı qəbul edib. Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb

Sabah Milli Məclisin iclasında parlamentin ləğvi məsələsi qaldırılacaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

*   *   *11:05

Bu dəqiqələrdə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası başlayıb.  İclasda YAP Siyasi Şurasının üzvləri, o cümlədən Şura üzvü, baş nazir Əli Əsədov da iştirak edir. İclasda hansı məsələlərin müzakirə olunduğu yaxın saatlarda açıqlanacaq.

***

Bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası olacaq. Xəbəri jurnalistlərə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov verib. Onun sözlərinə görə, iclas saat 11.00-da başlayacaq. Lakin Novruzov iclasın gündəliyini açıqlamayıb.

Qeyd edək ki, hazırda YAP-ın Siyasi Şurasında 85 nəfər, İdarə Heyətində 20 nəfər təmsil olunur.

Siyasi Şura üzvləri aşağıdakılardır:

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

İsmət Abasov - təqaüdçü

Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri

Rövnəq Abdullayev - Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti

Vaqif Abdullayev - müvəqqəti işləmir

Fatma Abdullazadə - təqaüdçü

Yevda Abramov - Milli Məclisin deputatı

Hacıbala Abutalıbov - təqaüdçü

Elnur Aslanov - müvəqqəti işləmir

Hüseynqulu Bağırov - müvəqqəti işləmir

Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini

Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Yaqub Eyyubov - Baş nazirin birinci müavini

Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri

Sədrəddin Əkbərov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçisi

Fuad Ələsgərov - Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru

Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı

Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı

Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini

Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru

Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri

Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru

Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

Oqtay Əsədov - Milli Məclisin sədri

Ağabəy Əsgərov - «Azərbaycan» nəşriyyatının baş direktoru

Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı

Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru

Ziyafət Əsgərov - Milli Məclisin sədrinin birinci müavini, Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı

Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi

İsa Həbibbəyli - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın birinci vitse-prezidenti

Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri

Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Vaqif Hüseynov - müvəqqəti işləmir

İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri

Nazim İsmayılov - Saatlı rayon İcra Hakimiyyətinin başçısı

Süleyman İsmayılov - Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Mirkazım Kazımov - Milli Məclisin deputatı, «Qasid» firmasının prezidenti

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri

Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru

Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü

Musa Quliyev - Milli Məclisin deputatı

Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Yaqub Mahmudov - Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru

Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Abel Məhərrəmov - akademik

Rafiq Məmmədhəsənov - Milli Məclisin deputatı

Novruz Məmmədov - təqaüdçü

Ramin Məmmədov - YAP Gənclər Birliyi sədrinin müavini, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Şahin Məmmədov - Masallı rayon İcra Hakimiyyətinin başçısı

Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru

Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru

Aydın Mirzəzadə - Milli Məclisin deputatı

Bahar Muradova - Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri

Musa Musayev - müvəqqəti işləmir

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Zeynal Nağdəliyev - Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri

Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini

Seymur Orucov - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri

Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri

Hadı Rəcəbli - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

Arif Rəhimzadə - Milli Məclisin Regional Məsələlər komitəsinin sədri

Vüqar Rəhimzadə - «İki sahil» qəzetinin baş redaktoru

Dilarə Seyidzadə - Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi

Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Rizvan Vahabov - müvəqqəti işləmir

Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı

Mixail Zabelin - Milli Məclisin deputatı

***

YAP-ln İdarə Heyətində aşağıdakı şəxslər təmsil olunur:

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov - təqaüdçü

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov - akademik

Bahar Muradova - Milli Məclisin sədr müavini,İnsan hüquqları komitəsinin sədri

Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin - Milli Məclisin deputatı.

Virtualaz.org

Xəbərlər