389
Ölkə 22 noyabr — 01:32

Bakıda oğru marketi qarət etdi

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketdə qeydə alınıb. Belə ki, mağazaya girən oğru 2 nəfəri - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayıb.

Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

V.Şıxıyevə sol döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə, M.İsgəndərova isə sol qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbərlər