337
Ölkə 21 noyabr — 18:20

Bakıda internet şəbəkəsində fasilələr yarana bilər

Noyabrın 21-də axşam saatlarında internet şəbəkəsində qısa fasilələr yaranacaq.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə “Bakı Telefon Rabitəsi” MMC-dən məlumat veriblər.

Məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir.

Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Xəbərlər