110
Ölkə 19 noyabr — 10:33

Evakuator yük maşını ilə toqquşdu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində “Mercedes” markalı evakuator ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər