341
Ölkə 18 noyabr — 20:21

Neftçalada 11 yaşlı uşaq dünyasını dəyişdi

Ötən gün Neftçala rayonunda 11 yaşlı oğlan qəflətən dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala şəhər sakini , 2008-ci il təvəllüdlü Həsən Abdullazadədə kəskin baş ağrısı yarandığından o, rayon mərkəzi xəstəxanasına aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, vəziyyəti daha da ağırlaşan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər