219
Ölkə 15 noyabr — 13:57

Göyçay və Ağsuda genişmiqyaslı yenidənqurma işləri

“Azərişıq” ASC “2019-cu ilin tədbirlər planı”na uyğun olaraq Azərbaycanın bütün regionlarda elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir. Elektrik təchizatı operatorunun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bəzi Mərkəzi Aran və Şimal rayonlarında görülmüş işlərin nəticələri haqda virtualaz.org-a danlşarkən bu haqda bildirib.

“Ötən illərdə olduğu kimi 2019-cu il üçün tədbirlər planında nəzərdə tutulmuş işlərin görülməsi də ləngimədən davam etdirilir. “Azərişıq” mərkəzi rayonlardan tutmuş ucqar dağ kəndlərinə qədər ölkənin hər yerində şəbəkəni tamamilə yenidən qurmaq, müasirləşdirmək istiqamətində prezident İlham Əliyevin bir neçə il əvvəl qarşıya qoyduğu vəzifəni yerinə yetirmək əzmindədir və kollektivimiz bu məqsədlə tam gücü ilə çalışır”,-Tanrıverdi Mustafayev deyib.

O, Ağsu rayonu ərazisində görülən işlər barədə danışaraq deyib ki, istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması üçün indiyə qədər genişmiqyaslı yenidənqurma işləri görülüb.

Ağsu şəhərində yerləşən 110/35/10 kV-luq "Ağsu" yarımstansiyası yenidən tikilib, 2x16 MVA gücündə transformator quraşdırılmaqla yarımstansiyanın gücü 32 MVA-ta çatdırılıb, - 110/10 kV-luq “Broyler” yarımstansiyasında təmir işləri aparılıb.

Bundan əlavə  26 km-dən artıq 110 kV-luq xətt əsaslı təmir edilib, 48 km 10 kV-luq hava xəttləri çəkilib ş və 42 km özünüdaşıyan izolyasiyalı kabel (ÖİN-SİP)  xətləri quraşdırılıb, köhnə tipli 28 ədəd transformator  müxtəlif güclü müasir Komplekt Transformator Məntəqələri (KTM) ilə əvəz olunub.

“Habelə 11 ədəd yeni güc mərkəzi yaradılıb, 138 ədəd 10/0,4 kV-luq transformator əsaslı və cari təmir olunub. 10 kəndin (Növcü, Aşağı Növcü, Yuxarı Növcü, Axundlu, Məlikçobanlı, Hacıqədirli, Nəvahi, 28 may, Çiyni və Qaraməmmədli kəndləri) açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 1071 ədəd yeni metal dayaq basdırılıb, 32 km 0,4 kV-luq SİP- kabellər çəkilib",-T.Mustafayev görülən işlər haqda məlumat verib.

"Azərişıq" sözçüsü əlavə edib ki, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, abonentlərə nümunəvi və yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə ən yeni müasir texniki avadanlıqlar alınıb. Ağsu elektrik şəbəkəsinin yeni inzibati binası inşa edilib: "10 kV-luq Çiyni hava xəttindən qidalanan kəndlərin elektrik təchizatının yaxşılaşdırılması üçün 231 ədəd 10 kV-luq, 145 ədəd 0,4 kV-luq dəmir-beton dayaq, 4,8 km 0,4 kV-luq SİP kabel xətləri çəkilib, hazırda Ərəbsarvan və Bəyimli kəndlərində SİP-kabellərin quraşdırılması işləri davam etdirilir”,-o deyib.

T.Mustafayev habelə deyib ki, bütün bunlardan əlavə 18 kəndin dayanıqlı və etibarlı elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün yeni 35/10 kV-luq yeni yarımstansiyanın tikintisi, 11,5 km uzunluğunda 35 kV-luq hava xəttinin çəkilməsi işləri və dağlıq ərazilərdə yerləşən 12 kəndin elektrik enerjisi dayanıqlığının artırılması üçün 10 kV-luq hava xəttinin təmiri üçün işlər davam etdirilir.

Qeyd edək ki,  Ağsu elektrik şəbəkəsi tərəfindən 14 239 əhali, 948 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 15 187 abonentə xidmət göstərilir.

T.Mustafayev Göyçay rayonunda görülən işlərdən də danışıb. Deyib ki, bu rayonda  81,22 km 10 kV-luq hava xəttləri çəkilib və 147,97 km ÖİN kabel xətləri quraşdırılıb. Köhnə tipli 21 ədəd KTM müxtəlif güclü müasir KTM-lə əvəz olunub, 10 ədəd yeni müxtəlif güclü müasir KTM-ləri quraşdırılıb. 341 ədəd 10/0,4 kV-luq KTM əsaslı və cari təmir olunub.

“Göyçay şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün 168 ədəd 10 kV-luq, 1527 ədəd 0,4 kV-luq dəmir-beton dayaq, 64.6 km 0,4 kV-luq SİP- kabel xətləri çəkilib. Bundan əlavə 5 kəndin (Mollahacılı, Şıxbəy, Yalman, Bəydövül, Qarayazı ) açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq SİP- kabellər çəkilib . Hazırda Göyçay şəhərində və Ulaşlı kəndində 0,4 kV-luq SİP- kabellərin çəkilişləri davam etdirilir»,-o deyib.

T.Mustafayev xatırladıb ki,  Göyçay elektrik şəbəkəsi tərəfindən 26379,0 əhali, 2 012 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 28 391 abonentə xidmət göstərilir.

“Yenidənqurma işlərini davam etdirməklə yanaşı “Azərişıq” ASC bütün ölkə boyu şəbəkənin qışa hazırlanması üçün profilaktik tədbirlər də görür. Zəruri mal-materialların ehtiyatı yaradılır, ekstremal hava şəraitində baş verə biləcək qəzaların qısa zamanda aradan qaldırılması üçün bütün lazım olan hazırlıqlar görülür. O cümlədən “Azərişıq” ASC-nin rəhbərliyi müntəzəm olaraq regionlarda vətəndaşların qəbulunu keçirir, elektrik təchizatı və “Azərişıq” ASC-nin regional şəbəkələrinin fəaliyyəti ilə bağlı müraciətlərə operativ qaydada baxılıb təmin edilir”,-Tanrıverdi Mustafayev deyib.

Virtualaz.org

Xəbərlər