244
Ölkə 13 noyabr — 01:16

Bakıda sərnişin avtobusu 24 yaşlı oğlanı vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Bilgəh qəsəbəsində 172 nömrəli sərnişin avtobusu 1995-ci il təvəllüdlü Ülvi Abbasovu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər