1296
Ölkə 12 noyabr — 18:28

Arif Hacılı sərbəst buraxıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxıldı.

Bu barədə o, özü Feysbuk səhifəsində məlumat verib.

*   *   *14:39

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Virtualaz.org bildirir ki, Müsavat Partiyası Aparatının rəhbəri Gülağa Aslanlının jurnalistlərə verdiyi məlumata görə, A.Hacılı partiyanın ofisinə gedərkən 8-ci mikrorayonda saxlanılıb.

"Onun maşını yol polisi tərəfindən saxlanılıb. Hacılı maşından düşürülüb və saxlanılıb. Başqanın hara aparıldığı hələ bilinmir”,-deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket təyin etmişdi. Ancaq şəhər rəhbərliyi tərəfindən aksiyaya icazə verilməmişdi. Buna baxmayaraq, Arif Hacılı tərəfdarlarını piketə çıxmağa çağırmışdı.

Xəbərlər