267
Ölkə 11 noyabr — 20:16

Qazaxda toy karvanında havaya atəş açan gənc saxlanıldı

Qazax rayonunda toy karvanında havaya atəş açan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, aparılan araşdırma nəticəsində havaya atəş açan 1994-cü il təvəllüdlü Ağstafa rayon sakini Orxan Əlizadə saxlanılıb. Ondan toy zamanı atəş açdığı silah götürülüb, silahla bağlı bütün sənədlər qaydasındadır və O. Əlizadənin özünə məxsusdur.

Qeyd edək ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan "VAZ-2106” markalı, 09-BC-367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açdığını əks etdirən video görüntülər sosial şəbəkələrdə yayılıb.

Xəbərlər