723
Ölkə 19 oktyabr — 20:43

Salyanda piyadanı iki maşın vurdu

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Noxudlu kəndindəki yolayrıcında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 54 yaşlı Süleyman Yusif oğlu Quliyev yolu keçmək istəyərkən onu ard-arda gələn iki minik maşını vurub. Hər iki aşağı ətrafın sınığı xəsarəti alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Süleyman Quliyevin İran İslam Respublikasına səfərdən qayıtdığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər