281
Ölkə 19 oktyabr — 16:30

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu yarımadada gecə 15-17°, gündüz 21-25°, Bakıda gecə 15-17°, gündüz 22-24° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17°, gündüz 21-26°, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.

Xəbərlər