223
Ölkə 19 oktyabr — 12:02

Sərhədçilər axtarışda olan iki nəfəri saxladılar

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nın Mətbuat mərkəzindən virtualaz.org-a verilən məlumata görə, 16 oktyabr 2019-cu il tarixdə Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında yerlə­şən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini, 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb. İlkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazisini tərk edərək İran İslam Respublikasına getməsı, barəsində cinayət işinin aparılması və 2017-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

17 oktyabr 2019-cu il tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İİR vətəndaşları-1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçirilərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı, Astara rayonunun Ərçivan kənd sakini, 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

18 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araşdırma zamanı sərhəd pozucusunun barəsində cinayət işinin aparılması və 2012-ci il­dən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərlər