4536
Ölkə 20 oktyabr — 00:23

Əli Kərimli sərbəst buraxıldı

AXCP lideri Əli Kərimli sərbəst buraxılıb.

Virtualaz.org bildirir ki, müxalifət lideri öz evindən canlı efirə çıxıb.

*   *   *16:10

AXCP lideri Əli Kərimli evindən çıxandan dərhal sonra saxlanılıb.

Virtualaz.org bildirir ki, xəbəri “Azadlıq” radiosu yayıb.

Əli Kərimli ilə yanaşı, onun bir neçə tərəfdarı, o cümlədən Milli Şuranın bəzi liderləri də saxlanılıblar.

Əli Kərimlinin saxlanılma anı

*   *   *15:45

AXCP lideri Əli Kərimli müxalifətin icazəsiz mitinqi başlamazdan əvvəl yoxa çıxıb.

Məlumata görə, Ə.Kərimli saat 14: 50-də evdən çıxacağını və müxalifətin aksiya keçirməyi planlaşdırdığı “28 May” metro stansiyasına tərəf gedəcəyini söyləyib.

Əli Kərimlinin hazırkı yeri məlum deyil. Sosial şəbəkələrdə onun saxlanıldığı barədə məlumatlar yayılsa da, hələlik bu xəbər təsdiqlənməyib.

*   *   * 10:57

Daxili İşlər Nazirliyi müxalifətin qeyri-qanuni aksiyası zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün radikal tədbirlərə əl atıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org-a məlum olub ki, bu gün saat 12: 00-dan 16: 00-dək metronun "28 May" stansiyasına aparan bütün prospekt və küçələr bağlanacaq. Söhbət həm də Azadlıq prospekti və ona bitişik küçələrdən gedir.

Bakı Metropolitenin işində də müəyyən dəyişikliklər edilib. Belə ki, saat 13: 00-dan 16: 00-dək qatarlar “28 May” stansiyasında dayanmayacaq, ona və “Cəfər Cabbarlı” stansiyasına giriş bağlanacaq.

Virtualaz.org

Xəbərlər