187
Ölkə 18 oktyabr — 00:16

Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşdu

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu "20 Yanvar" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, 90-JM-358 dövlət nişanlı 18 saylı sərnişin avtobusu 90-AN-286 dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

Sərnişin avtobusunun məxsus olduğu daşıyıcı şirkətdən sayta bildirilib ki, minik avtomobili dayanacaqdan çıxan avtobusa dəyib və nəqliyyat vasitələrinə yüngül ziyan vurulub.

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.

Xəbərlər