208
Ölkə 13 oktyabr — 11:52

Bakıda 15 yaşlı qız itkin düşdü

Paytaxtda azyaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

Rayonunun Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında qəsəbədə, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.

O həmin gün günorta saatlarında kafedən çıxıb və itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər