526
Ölkə 13 oktyabr — 14:50

Sabah hava yağmursuz keçəcək

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 15-18°, gündüz 23-26°, Bakıda gecə 16-18°, gündüz 24-26° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.

Xəbərlər