3981
Ölkə 11 oktyabr — 12:00

Nağdəliyev prezidentin seçki göstərişini açıqladı

“Seçici siyahıları dürüst hazırlanmalıdır. Yəni kimsə deməsin ki, adım seçici siyahısında yoxdur. Yoxdursa, dərhal əlavə edilməlidir. Prosesə məsuliyyətlə yanaşmaq lazımdır”.

Bu sözləri prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyev dünyada hər kəsi başa salır ki, ölkədə seçki şəffaf keçirilir, buna kimsə kölgə sala bilməz: “Prezidentin qarşımıza qoyduğu tapşırıq odur ki, seçkilər şəffaf keçirilsin. Bu istiqamətdə təcrübə toplamışıq. Nöqsanların aradan qaldırılması işinə xüsusi diqqət ayrılır”.

Nağdəliyev onu da deyib ki, Azərbaycanda seçki sistemi təkmilləşdirilib, insanların seçkiyə marağı artıb. Onun bildirdiyinə görə, seçkini izləyən müşahidəçilərinin sayı azalmaqdadır: “Bu, onu göstərir ki, seçki sistemi sürətlə təkmilləşdirilir. Bunun da səbəbi ölkədəki siyasi sabitlikdir, Prezident İlham Əliyevin nüfuzudur. Azərbaycandakı seçki sistemi dünya üçün nümunədir. İnsanlar yaranmış bu şəraiti dəyərləndirir, seçkidə fəallıq göstərirlər”. (“Report”)

Xəbərlər