149
Ölkə 8 oktyabr — 15:38

Küveyt səfirliyinin maşını Bakıda qəzaya uğradı

Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil Bakıda qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

Qəzaya uğrayan "Toyota" Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus xidməti avtomobildir.

Xəbərlər