376
Ölkə 23 sentyabr — 11:38

Dövlət Agentliyindən həmin konfetlərə görə daha bir açıqlama

Qida Təhlükəsizliyi Agentliyi satışa xarab konfetlər çıxaran “Roshen” firmasının Azərbaycandakı nümayəndəliyini cərimələyib.

Bu barədə virtualaz.org-a Agentliyin Bakı Regional Bölməsindən məlumat verilib.

Bildirilir ki, avqust ayında Agentliyə daxil olunan müraciət əsasında “AzRoşen” MMC-də plandankənar yoxlama aparılıb və nöqsanlar aşkarlanıb. Buna görə də, müəssisə rəhbəri inzibati qaydada protokol tərtib olunaraq cərimələnib. Eyni zamanda, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərinə göstərişlər verilib. 

Qeyd edək ki, ötən ay Bakının Nəsimi rayonunda yerləşən “Fresco” supermarketində Ukrayna brendi olan “Roshen” firmasına məxsus kiflənmiş “Galaretka” şokoladlarının satılması ilə bağlı yazmışdıq. Ənənəvi şokolad rəngində olmayan, üzərində ovuntular olan şokoladlar  sağlamlıq üçün təhlükə yaratdığından Qida Təhlükəsizliyi Agentliyi adıçəkilən məhsulla bağlı araşdırmalara başlamışdı. Kiflənmiş şokoladlar dərhal satışdan yığışdırıldığından mağazada keyfiyyət standartı pozulmuş məhsul aşkar edilməmişdi.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər