660
Ölkə 20 sentyabr — 19:06

Yol polisi əvvəlcə təhqir edildi, sonra da işdən uzaqlaşdırıldı

Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, Mehdi Səlimov təqaüdə göndərilib.

Məlumatı hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər.

Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs tədbiri seçilib.

Xəbərlər