214
Ölkə 18 sentyabr — 10:27

Aşura günü qan verən 169 nəfərdə viruslar aşkarlandı

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım üçün Aşura günü könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.

Bu barədə virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

P. Abubəkirovun sözlərinə görə, aksiyada 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614,1 litr qan tədarük olunub. Mərkəzi Qan Bankında 4 infeksiyaya görə aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub.

“HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb. Lakin 44 nəfərdə HbsAg (Hepatit, 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub”,- deyə mətbuat katibi bildirib.

Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər