144
Ölkə 23 avqust — 19:18

Tovuzda ağır qəza: yaralananlar var

Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Cırdaxan kənd yolunda qeydə alınıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Bunlar rayonun İbrahimhacılı kənd sakinləri-2010-cu il təvəllüdlü Ömər Samir oğlu Abbasov, 1999-cu il təvəllüdlü Elmir Emin oğlu Tanrıverdiyev və 1999-cu il təvəllüdlü Cırdaxan kənd sakini Asif Vasif oğlu Dəmirovdur.

Faktla bağlı araşdırma aparılır .

Xəbərlər