242
Ölkə 23 avqust — 12:10

Bulvarda özünü dənizə atan gənc xilas edildi

Vətəndaşlar Dənizkənarı Milli Parkda intihara cəhd edən 18 yaşlı gənci xilas ediblər.

Bu barədə oxu.az-a Səbail Rayon Polis İdarəsindən məlumat veriblər.

Belə ki, saat 23:55 radələrində bulvarda istirahət edən insanlar bir gəncin intihar etmək üçün özünü dənizə atdığını görüblər.

Xoşbəxtlikdən onu xilas etmək və dənizdən çıxarmaq mümkün olub. Canına qəsd etməyə çalışanın Abşeron rayon sakini İdris Elman oğlu Safquliyev olduğu bildirilir.

Hazırda onu intihara cəhdə sövq edən səbəb araşdırılır.

Xəbərlər