422
Ölkə 21 avqust — 23:28

Tovuzda oğul atanı çəkiclə öldürdü

Tovuz rayonunda qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Aşağı Quşçu kəndində yaşayan 49 yaşlı Rasim Məsimov mübahisə zəminində 83 yaşlı atası Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərlər