371
Ölkə 21 avqust — 21:32

Neftçaladan Salyana toya gedən uşağı maşın vurdu

Bu gün axşam saatlarında Salyan rayonunda vaildeynləri ilə birgə toya gedən uşağı maşın vurub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala rayonunun Şorkənd sakini olan 7 yaşlı qızı Salyan şəhərinin mərkəzində yerləşən “Muğan” şadlıq sarayının qarşısında valideynlərinin əlindən çıxaraq yola qaçması nəticəsində minik maşını vurub. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan uşağa ilkin tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər