274
Ölkə 21 avqust — 15:23

"Azərişıq" ASC-nin sədr əvəzi vətəndaş qəbulu keçirəcək

Avqustun 22-də “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

“Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak edəcəyi qəbulda Gəncə şəhəri və Samux rayonundan olan vətəndaşların müraciət və təklifləri dinləniləcək.

Sabah həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Şəmkirdə, bu rayondan olan vərəndaşları qəbul edəcək.

V.Əhmədovun qəbulu Gəncədəki "Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsində,R.Yusifovun qəbulu isə SC-in Şəmkirdəki Avtomatik İdarəetmə Merkezinde bash tutacaq.

Xəbərlər