107
Ölkə 14 avqust — 01:42

Bakıda iki nəfər dənizdə boğulmaqdan xilas edildi

Avqustun 13-də Bakı çimərliklərində iki nəfər boğulmaq təhlükəsi ilə üzləşib.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hadisələr Bilgəh və Nardaran çimərliklərində olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən hər iki halda zərərçəkmişlər boğulmaqdan xilas ediliblər.

Xəbərlər