294
Ölkə 19 iyul — 23:38

Şirvanda toyda kütləvi zəhərlənmə

Şirvanda zəhərlənmə diaqnozu ilə gətirilənlərin hamısı evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, əvvəlcə 9 nəfər, sonra 11 nəfər müraciət edib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.

Bu arada Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Ü.Xudiyeva

Virtualaz.org

*   *   *23:14

İyulun 19-da axşam saatlarında Şirvanda şadlıq evlərinin birində toy mərasimi zamanı zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub.

Hadisə nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.

Xəbərlər