90
Ölkə 19 iyul — 20:36

Bərdədə piyadanı vurub qaçmış sərxoş sürücü saxlanıldı

Yol-nəqliyyat hadisəsi törətmiş Bərdə rayon sakini İ.Nəsibov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-də saat 23 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində naməlum sürücü idarə etdiyi “Hovo” markalı avtomobillə yolun kənarında dayanmış Qaraməmmədli kənd sakini R.Quliyevi vuraraq hadisə yerini tərk edib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13-cü tağımının əməkdaşları tərəfindən qeyd edilən avtomobil Otuzikilər kəndinin ərazisində saxlanılıb. Araşdırmalarla sürücünün Bərdə rayon sakini İ.Nəsibov olması, habelə onun sərxoş halda və sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyən edilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər