121
Ölkə 17 iyul — 09:58

Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edildi

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər (onlardan 5 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Xəbərlər