182
Ölkə 11 iyul — 15:47

Bakıda köşklər və iaşə obyektləri dezinfeksiya olunur

Bakıda ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımi səliqə-səhmanın yaradılması, ərazidə sanitaq-gigiyenik normalara riayət olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən müvafiq işlər həyata keçirilıir.

BŞİH-dən virtualaz.org-a verilən məlumata görə, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, obyektlərin ətrafı dezinfeksiya olunub.

Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərin zövqünü oxşaması üçün tədbirlər görülür: “Eyni zamanda paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməcliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır”.

Xəbərlər