118
Ölkə 19 iyun — 21:40

Azərbaycan əhalisinin 52,8 faizini şəhər sakinləri təşkil edir

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24 692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10 006 149 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Xəbərlər