170
Ölkə 18 iyun — 21:28

Ağcabədidə yenə biçilməmiş taxıl sahəsi yandı

Ağcabədi rayonunun Xocavənd kəndində 9,5 ha biçilməmiş və 4 ha biçilmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Alovun qarşısı yanğın yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Xatırladaq ki, Ağcabədidə 9 gün əvvəl də 5 ha biçilməmiş taxıl sahəsi yanmışdı.

Xəbərlər