193
Ölkə 11 iyun — 18:04

Zığda avtobus qəzası; 4 qadın yaralandı

Bakı Nəqliyyat Agentliyi Zığda 104 saylı marşrut avtobusunun iştirakı ilə baş vermiş qəza ilə bağlı açıqlama verib.

BNA-dan virtualaz.org-a bildiriblər ki, Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata görə, saat 16:40 radələrində Zığ yolunda təxliyə avtomobili 104 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 dövlət qeydiyyat nişanlı avtobusu arxadan vurub.

Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

*   *   *17:06

Bakının Suraxanı rayonu, Zığ yolunda 104 saylı marşrutun iştirakı ilə qəza baş verib. Hadisə bu gün, bir neçə dəqiqə əvvəl baş verib, nəticədə 4 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara aparılıb.

Faktı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, 34 və 43 yaşlı yaralı qadınlar Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasına, 50 yaşlı yaralı qadın Klinik Tibbi Mərkəzə, 35 yaşlı qadın isə neyrocərrahiyyə xəstəxanasına aparılıb. Yaralıların vəziyyəti orta-ağırdır.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər