129
Ölkə 11 iyun — 17:40

Metronun “Xətai” stansiyası avqustda açılacaq

“Bakı Metropoliteni”nin “Xətai” stansiyası avqust ayında açılacaq.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: “Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

H.Məmmədov onu da qeyd edib ki, “B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.

Xəbərlər