445
Ölkə 23 may — 21:13

Bakı bulvarında 32 yaşlı qadın özünü dənizə atdı

Təxminən 1 saat əvvəl Dənizkənarı Milli Parkda 32 yaşlı qadın özünü dənizə atıb.

Virtualaz.org-a daxil olan məlumatda deyilir ki, qadını sudan çıxarmaq mümkün olub. Hadisə yerinə təcili yardım çağırılıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib. Bildirib ki, hadisə yerinə 20:28-də təcili yardım çağırılıb. Hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş qadına boğulma diaqnozu qoyulub və o, Klinik Tibbi Mərkəzə aparılıb.

Vəziyyəti ağırdır.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər